“Azpetrol”un benzinindən görün nələr çıxdı – VİDEO
Avtoxəbər 11 Sentyabr 2017 23:45 3764 dəfə oxunub
“Azpetrol”un benzinindən görün nələr çıxdı – VİDEO
Benzin filterindən çıxanlar sürücünü və ustanı şoka salıb

Bakı şəhər sakini idarə etdiyi avtomobildə yaranmış nasazlığa görə Sahil ustaya müraciət edib. Sürücü idarə etdiyi avtomobilin 15 min km yürüşü olduğunu bildirib. Usta yanacaq çənindəki filteri çıxartdıqda məlum olub ki,filter təmiz yararsız vəziyyətə düşüb. Həmin filterdən paslı qum dəncikləri tökülüb. Sürücü bildirir ki, yanacağı ancaq "Azpetrol"un yanacaqoldurma məntəqələrindən alır.

Sahil usta isə iddia edir ki,paslı qum dənəciklərinin yanacaq çəninə dolmasının səbəbi yanacaq doldurma məntəqələrindəki yanacaq çənlərinin təmizlənməməsindən irəli gəlir.Belə olan halda isə ziyan sürücüyə dəyir.

Cavid İbrahimov adlı neftçi isə bildirib ki, filterdən çıxan qum deyil, kükürd dənəcikləridir. “Neftin tərkibində kükürd olur. “Sera ocistka” deyilən qurğudan keçməmiş neftin emalı düzgün deyil. Amma bizdə necə gəldi emal olunub verilir daxili bazara. Neft təmizlənmir kükürd və karbonlu birləşmələr qalır tərkibində. Bu da metalda aşılanmaya, filterin bu hala düşməsinə və ən əsası da insan səhhətinə ciddi zərər verir. Kükürdü heç açıq vəziyyətdə də ələ almaq olmaz, təhlükəlidir. Bizim neft texnologiyasında çalişanlara və SOCAR rəhbərliyinə insaf diləyirəm...”.

 

Elmin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh