"Mercedes" tarixi qərar qəbul edib

Avtodünya 12 Sentyabr 2017 00:38 Oxunub 1789
"Mercedes" tarixi qərar qəbul edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Smart modeli ancaq elektrikli mühərriklə istehsal olunacaq

"Mercedes" şirkəti istehsal etdiyi bütün avtomobil modellərində 2022-ci ilə qədər elektrikli opsiyanın təklif ediləcəyini bildirib. "Report" "Bloomberg" agentliyinə istinadən bildirir ki, bu açıqlamanı "Daimler"in baş icraçı direktoru Diter Zetçe (Dieter Zetsche) investorlarla keçirilən iclasda verib. Ayrıca şirkət rəhbəri bildirib ki, "Smart" modeli ancaq elektrikli istehsal olunacaq. Ən az 50 modeldə elektrikli opsiyanın təklif ediləcəyini bildirən D.Zetçe bu avtomobillərdən bəzilərinin hibrid, bəzilərinin tam elektrikli olacağını qeyd edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh