Lənkəranda yol qəzası – 1 ölü, 2 yaralı

Qəzalar 12 Sentyabr 2017 11:24 Oxunub 678
Lənkəranda yol qəzası – 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır

Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, “VAZ -2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişmiş “VAZ 2106”-nın sürücüsü, Lənkəran rayonu Avrora qəsəbə sakini, Əliyev Qalib Fəraməz oğludur. Yaralılar isə sürücünün qızı Əliyeva Rumiyyə və “Mercedes” markalı avtomobilin sürücüsü, Avrora qəsəbə  sakini, Rzayev Zaur Kamal oğludur. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh