Havada ölümlə burun-buruna

Avtosfer Foto 12 Sentyabr 2017 14:19 Oxunub 1705
Havada ölümlə burun-buruna
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Soyuqqanlı pilot sərnişinləri ölümdən xilas etdi

Türkiyənin ən böyük hava limanlarından olan Atatürk aeroportunda təhlükəli anlar yaşanıb. İstipress-in məlumatına görə, Türk Hava Yollarının təyyarəsi toqquşma təhlükəsi keçirib.  Sərnişin təyyarəsi Beyruta getmək üçün uçuş zolağına keçib. Bu zaman polis helikopteri enişə başlayıb. Bu zaman təyyarə ilə helikopter burun-buruna gəliblər. Helikopter hava nəqliyyatına nəzarət təlimatlarına zidd olaraq enişə başlayıb. Təyyarə ilə helikopter arasında 100 metr məsafə qalıb. Pilotların soyuqqanlılığı mümkün faciənin qarşısını alıb. 

"Airbus 330" təyyarəsi yüksəlməyə davam edərək toqquşmadan qaça bilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh