Maşın qaçıran keçmiş məhkum məhkəmə zalından azadlığa buraxılıb
Avtoxəbər 12 Sentyabr 2017 15:45 232 dəfə oxunub
Maşın qaçıran keçmiş məhkum məhkəmə zalından azadlığa buraxılıb
Digər təqsirləndirilən şəxsə isə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tamaz Bayramov və Cəlil Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.  "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən C.Mikayılov isə 3 min manat məbləğində cərimə olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonu ərazisində baş verib. Hacıqabul rayon sakini Asif Həsənova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub. Məlumat dərhal Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı avtomobilin paytaxtdan çıxarıldığı aydın olub. Polis əməkdaşlarının keçiridiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar. Avtomobil Ağdam rayonu ərazisində tapılıb. Məlum olub ki, şübhəli şəxslərin hər ikisi əvvəllər həbsxana həyatı yaşayıblar. Dəfələrlə oğurluq etdikləri üçün əvvəllər məhkum olunan Tamaz Bayramov həbsxanada Cəlil Mikayılovla tanış olub. Həbsxanadan dostluq etməyə başlayan Tamaz Bayramov və Cəlil Mikayılov həbsdən azad ediləndən sonra dostluqlarını davam etdiriblər.

Birlikdə paytaxtda gəzən iki dost oğurluq etmək qərarına gəlib. Onlar Asif Həsənovun avtomobilini oğurlayandan sonra Ağdam rayonuna gediblər. Elə orada da saxlanılıblar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh