Bakıda gənc oğlanı avtomobil vurub - VİDEO

Qəzalar 13 Sentyabr 2017 09:24 Oxunub 842
Bakıda gənc oğlanı avtomobil vurub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla əlaqədar cinayət işi başlanılıb

Bakıda gənc oğlanı avtomobil vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Zabrat qəsəbəsində yolu keçmək istəyən 26 yaşlı Anar Bəxtiyar oğlunu "BMW" markalı, 10-TL-098 seriya nişanlı avtomobil vurub. Hadisədən dərhal sonra sürücü yaralını xəstəxanaya çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər kəllə beyin travması alan yaralının vəziyyətini orta ağır kimi qiymətləndirib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əmkdaşları cəlb edilib. Sürücü saxlanılaraq ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh