Avtobus sürür, telefonla danışır, Whatsappa girir – Bakıda - VİDEO

Xəbərlər 4 Dekabr 2014 02:08 Oxunub 2092
Avtobus sürür, telefonla danışır, Whatsappa girir – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüsü yol boyu mobil telefonla danışıb və Whatsappa girərək şəkillərə baxırmış

Bakıda daha bir avtobus sürücüsünün insanların həyatını necə təhlükəyə atmasını əks etdirən video əldə etmişik. Avtosfer.az-ın məlumatına görə, video dekabrın 3-də oxucularımızdan biri tərəfindən axşam saat 18:45 radələrində Xətai rayonu, Gəncə prospektində çəkilib. 44 nömrəli sərnişin avtobusunun sürücüsü yol boyu mobil telefonla danışıb. Daha sonra isə Whatsappa girərək şəkillərə baxırmış. Telefonu əlindən yerə qoymayan sürücü hətta dayanacaqda sərnişinlərdən pulu da bir əllə yığır. Videoya çəkildiyini görən sürücünün heç ruhu da incimir. Sanki, elə belə də olmalı imiş.

Avtosfer.az həmin videonu təqdim edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh