Bu aviaşirkət müflis elan edildi
Gündəm 13 Sentyabr 2017 14:14 440 dəfə oxunub
Bu aviaşirkət müflis elan edildi
Şirkət müsabiqə icraatının başlaması barədə qərar verib

Rusiyada Sankt-Peterburq Arbitraj Məhkəməsi “Transaero” aviaşirkətini müflis elan edib və şirkətdə müsabiqə icraatının başlaması barədə qərar verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl şirkətin kreditorları müsabiqə icraatının başlaması üçün səs vermişdilər. Qeyd olunur ki, “Transaero” şirkəti hələ 2015-ci ilin sonunda 4,3 milyard dollardan çox borc və öhdəlikləri yerinə yetirə bilməyəcəyini bildirmişdi. Bundan sonra şirkətin sertifikatı həmin ilin oktyabrında geri çağırılmışdı.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh