Beyləqanda yük maşını aşıb

Qəzalar 13 Sentyabr 2017 14:16 Oxunub 737
Beyləqanda yük maşını aşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sıxılmış vəziyyətdə qalmış sürücü çıxardılaraq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Avtosfer.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. O, aidiyyəti üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh