Bakı Metropoliteni məktəblilərə hədiyyə paylayacaq
Gündəm 13 Sentyabr 2017 16:34 54 dəfə oxunub
Bakı Metropoliteni məktəblilərə hədiyyə paylayacaq
"Hədiyyələr aşağı sinif şagirdləri üçün nəzərdə tutulub"

"Bakı Metropoliteni balacaları bu il də unutmayıb. 15 sentyabrda, Bilik Günündə məktəblilərimizlə yenə görüşüb hədiyyələrimizi verəcəyik. İlk görüşümüz saat 11:00-da "28 may"" stansiyasında olacaq". Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib: Şöbə rəsinin sözlərinə görə, hədiyyələr aşağı sinif şagirdləri üçün nəzərdə tutulub: "Aşağı sinif şagirdlərinə yaşından asılı olmayaraq hədiyyə veriləcək. Təəssüf ki, məhdudiyyət hədiyyələrin sayı ilə bağlıdır. Belə bizim yalnız 200-ə yaxın hədiyyəmiz olacaq. Ona görə də, kimlər ki, deyilən vaxtda "28 May" stansiyasında olsa, hədiyyələr onlara da qismət olacaq".

ŞƏRH YAZ
Ad
E-mail
Şərh