Bakıda öz yolundan çıxan sürücüləri belə əzirlər – YENİ VİDEO

Avtoreyd 4 Dekabr 2014 09:35 Oxunub 5543
Bakıda öz yolundan çıxan sürücüləri belə əzirlər – YENİ VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dönmə əməliyyatı zamanı başqalarının yoluna çıxan sürücülərin törətdiyi qəzalardan görüntülər

Bakıda dönmə əməliyyatı zamanı başqalarının yoluna çıxan sürücülərin törətdiyi qəzalardan görüntüləri təqdim edirik. Avtosfer.az-ın məlumatına görə, bu iki qəza hadisəsi Bakının ayrı-ayrı küçələrində baş versə də, mahiyyətcə eynidir. Hər iki qəzanın səbəbi odur ki, ikinci zolaqla hərəkət edən sürücü dönmə əməliyyatı zamanı zolağı dəyişərkən sağ zolaqdakı avtomobilin yoluna çıxır. Birincisi, sürücü əvvəlcədən dönəcəyi istiqamətə uyğun olaraq ən axırıncı zolağı tutmalıdır. İkincisi isə dönmə əməliyyatı zamanı zolağı dəyişərkən sağa-sola baxmaq da lazımdır. Hər halda, avtomobildə quraşdırılan güzgülər bunun üçündür. Həm də, unutmaq olmaz ki, dönmə işıqlarını yandırmaq sürücüyə başqalarının yoluna necə gəldi çıxmağa əsas vermir.

Bakıda demək olar ki, çox az sürücü tapılar ki, belə döngələrdə öz yolundan çıxmasın. Bu görüntülər də sürücülərimizin yol verdiyi tipik qayda pozuntularına əks etdirir.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzaların görüntülərini ona görə təqdim edirik ki, dönmə zamanı öz yolundan çıxan sürücülər baş verə biləcək hər hansı hadisəni indidən nəzərə alsınlar.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh