55 yaşlı qadını maşın vurub - Mingəçevirdə

Qəzalar 14 Sentyabr 2017 09:25 Oxunub 687
55 yaşlı qadını maşın vurub - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının vəziyyəti ağırdır

Gecə saatlarında Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Toxuculuq Kombinatı kimi tanınan ərazinin qarşısında qeydə alınıb. Həmin prospektdə yaşayan 1962-ci il təvəllüdlü şəhər sakini Rəsulova Kamilə Bəkir qızını yolu keçmək istəyən zaman maşın vuraraq ağır xəsarət yetirib. Əldə edilən ilkin məlumata əsasən, qəzanı törədən “VAZ-2106" markalı avtomobil olub. Yaralı K.Rəsulova təcili şəhər xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh