Sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib

Qəzalar 14 Sentyabr 2017 09:27 Oxunub 751
Sürücü əməlini ört-basdır etmək üçün maşını gizlədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü saxlanılıb, avtomobil tapılaraq cərimə meydançasına aparılıb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Zabrat qəsəbsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub. Hadisəni törədən sürücü Əsgər Zeynalov maşını yaxınlıqda gizlədərək qadını taksi vasitəsilə xəstəxanaya aparıb. Lakin hadisə haqqında polisə məlumat verildikdən sonra məlum olub ki, Ə.Zeynalov törətdiyi yol-nəqliyyat hadisəsini gizlətmək istəyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil tapılaraq cərimə meydançasına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh