"Toyota Prado" qəza törətdi - VİDEO

Qəzalar 14 Sentyabr 2017 09:31 Oxunub 1111
"Toyota Prado" qəza törətdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə o, öz yolu ilə gedən Mercedesə çırpılıb

Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü qəza törədib. Bakının Binəqədi rayonu ərazisində, Ziya Bünyadov prospektində yerləşən körpünün altındakı dairədə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 20 Yanvar metrostansiyası istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı avtomobil (taksi) dairədə gözləməyərək öz yolu ilə gedən "Mercedes"ə çırpılıb.

Zərbənin təsirindən "Mercedes" yol kənarındakı səkiyə çırpılaraq dayanıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrasa da, xəsarət alan olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

 

Araşdırmalar davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh