Bakıda avtobus dayanacağa çırpıldı: yaralanan var, sürücü qaçdı - FOTO

Qəzalar 14 Sentyabr 2017 09:43 Oxunub 1036
Bakıda avtobus dayanacağa çırpıldı: yaralanan var, sürücü qaçdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.

39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı bildirilir.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.

 

Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh