Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək

Yol polisi 14 Sentyabr 2017 09:46 Oxunub 1183
Sabah yol polisi gücləndirilmiş iş rejimində işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən xahiş edirik ki, məktəbyanı ərazilərdə avtomobillərini hərəkətə maneçilik törədən yerlərdə saxlamasınlar

Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq: "Əsasən şəhərlərdə, xüsusilə də paytaxt Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq və sürücülər inzibati məsuliyyətə cəlb olunacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, sentyabrın 15-də səhər saatlarında məktəbyanı ərazilərdə avtomobillərini hərəkətə maneçilik törədən yerlərdə saxlamasınlar və bilsinlər ki, bu cür qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri evakuasiya olunacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh