Polis piyadanı vurub qaçan avtobus sürücüsünü saxlayıb - FOTO

Qəzalar 14 Sentyabr 2017 10:18 Oxunub 1541
Polis piyadanı vurub qaçan avtobus sürücüsünü saxlayıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin təfərrüatları araşdırılır

Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. 131 nömrəli Maştağa-Koroğlu xətti üzrə hərəkət edən avtobus yolu keçən piyadanı vurub. Sürücü bu gün sükan arxasında saxlanılaraq polis bölməsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır.

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub. Avtomobilin sürücüsü daha sonra polisə şikayətlə müraciət edib. Lakin 131 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən "General Avtocompany"-nin nümayəndələrinin iştirakı ilə polis bölməsində aparılan araşdırma nəticəsində məlum olubr ki, avtobusu vuran sürücünün avtomobilini təmir etdirməyə imkanı olmadığından polisə şikayət edib ki, təmir üçün köməklik göstərilsin.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh