Geniş yolu qoyub "protiv" gedən "07" - VİDEO

Avtosfer TV 14 Sentyabr 2017 21:30 Oxunub 2631
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görünür bu sürücüdə hər şeyi tərs görmək xəstəliyi var

“Protiv” sürmək xəstəliyi bəzi sürücülərdə sanki qana işləyib. “Tələsən” həmin sürücülər bəzən ara küçələrdə əks istiqamətə girərək mənzil başına daha tez çatmaq istəyirlər. Bir çox hallarda buna müvəffəq olsalar da, bəzi hallara qəzalarla nəticələnir.

Avtosfer.az-ın oxucularından biri elektron poçtumuza maraqlı bir video göndərib. Görünütülər Gəncə şəhərində qeydə alınıb. 90 LO 267 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolun əks istiqamətində hərəkət edir. Maraqlıdır ki, işıqforun yaşıl işığı onun hərəkətinin əksinə icazə verir. Görünür bu sürücüdə hər şeyi tərs görmək xəstəliyi var.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh