Rayon maşınlarının Bakıya daxil olmasına nəzarət gücləndirilir - DYP

Yol polisi 14 Sentyabr 2017 22:56 Oxunub 8255
Rayon maşınlarının Bakıya daxil olmasına nəzarət gücləndirilir - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən sərt xəbərdarlıq; evakuatorlar maşını aparacaq

“Senytabrın 15-də yol polisi evakuasiya xidməti ilə birgə gücləndirilmiş iş rejimində xidmət aparacaq.” Bunu Avtosfer.az-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O, bildirib ki, respublikanın iri şəhərlərində, xüsusilə paytaxt Bakıda intensiv hərəkət olan, məktəblərin yerləşdiyi ərazilərdə dayanma-durma və parklama qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq, onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərdən xahiş edirik ki, sabah, yəni sentyabrın 15-də səhər saatlarında nəqliyyat vasitələrini məktəbləri yanında, hərəkətin intensiv olduğu ərazilərdə saxlamasınlar. Sürücü valideynlər bilsinlər ki, bu qayda pozuntularına yol verdikləri halda onların nəqliyyat vasitələri evakuasiya olunacaq. 

K.Əliyev həmçinin rayon qeydiyyatı olan avtomobillərin şəhərə girişinə qoyulan məhdudiyyətlə bağlı da məlumat verib. O, bildirib ki, sabahdan etibarən digər regionlarda qeydiyyatda olan avtomobillərin Bakı şəhərinə girişinə nəzarət gücləndiriləcək. Sabahdan şəhərdə olan sıxlığı nəzərə alaraq saat 7:30-dan saat 21:00-a qədər olan məhdudiyyətə nəzarət ediləcək. 

“Sürücülərdən xahiş edirik ki, paytaxt istiqamətinə gələndə fərdi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər. Zərurət olduğu halda isə şəhərin kənarındakı dayanacaqlarda avtomobilləri saxlayıb ictimai nəqliyyat və ya taksi ilə şəhərə gəlsinlər.”

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Novruz 14 Sentyabr 2017 20:20
Gence