Azərbaycanda avtomobil körpüdən kanala düşdü - FOTOLAR

Qəzalar 3 May 2014 13:27 Oxunub 1733
Azərbaycanda avtomobil körpüdən kanala düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” idarəetmədən çıxaraq hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb

Kürdəmir rayonunda avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 7.00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb. Zərdab rayon sakini Babək Bəşirov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq hündürlüyü 10 metr olan körpüdən su kanalına düşüb. Hadisə zamanı avtomobildə sürücü və iki nəfər sərnişin olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə zamanı minik maşını yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh