BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib

Gündəm 14 Sentyabr 2017 17:19 Oxunub 908
BNA avtobus sürücüsünün polis tərəfindən saxlanmasına aydınlıq gətirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

Bakı Nəqliyyat Agentliyi marşrut avtobusunun sürücüsünün polis tərəfindən saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sentyabrın 12-də saat 21:15-də Zabrat-Maştağa yolunda Hüseyn Aslanovun idarə etdiyi 90 ZU 964 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 TH 203 dövlət nömrə nişanlı 131 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusu vurub. Qəzadan sonra avtomobilin sürücüsü avtobus sürücüsündən polisə şikayət edib. Polis əməkdaşları da həmin şikayət əsasında bu gün avtobusun sürücüsünü saxlayaraq ifadəsini alıb.

Məsələ aydınlaşandan sonra avtobus sürücüsü sərbəst buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh