Sabah 1-ci sinifə gedəcək uşağı maşın vurdu - Mingəçevirdə

Gündəm 15 Sentyabr 2017 00:40 Oxunub 1708
Sabah 1-ci sinifə gedəcək uşağı maşın vurdu - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən 37 yaşlı sürücü yaralı uşağı xəstəxanaya çatdırıb

Mingəçevir şəhərində avtomobil 6 yaşlı uşağı vuraraq ağır xəsarətlər yetirib. Avtosfer.az ”Report”a istinadən xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü Maqsud Elşən oğlu İbrahimovu yolu keçmək istəyərkən “VAZ-2107” markalı avtomobil vurub. Hadisəni törədən 37 yaşlı sürücü yaralı uşağı xəstəxanaya çatdırıb. Əməliyyat olunan uşağın zədələnmiş dalağı həkimlər tərəfindən çıxarılıb. Xəstəxanadan yaralının vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.İbrahimov sentyabrın 15-də birinci sinifə gedəcəkdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh