Terrorçular minalanmış avtomobili partlatdılar - İraqda

Gündəm 15 Sentyabr 2017 00:44 Oxunub 788
Terrorçular minalanmış avtomobili partlatdılar - İraqda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Terror aktları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

İraqda törədilən iki terror aktı nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. "Report" "France Presse"ə istinadən xəbər verir ki, bundan əvvəl Di-Kar əyalətində restorana hücum nəticəsində 60 nəfərin öldüyü, daha 90 nəfərin isə yaralandığı bildirilirdi.

Qeyd olunur ki, terrorçular bununla yanaşı minalanmış avtomobili partladıblar və yol kənarındakı kafenin müştərilərinə hücum ediblər. Terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Polisin məlumatına görə, ölənlər arasında 7 İran vətəndaşı var. Terrorçular hücumdan sonra naməlum istiqamətdə qaçaraq gizləniblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh