“TurAz Qartalı - 2017”də iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - VİDEO

Gündəm 15 Sentyabr 2017 00:48 Oxunub 1118
“TurAz Qartalı - 2017”də iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması tədbirləri həyata keçirilir

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib. Bu barədə Avtosfer.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh