Borca görə maşını əlindən alındı - AST Telmana daha bir şok

Gündəm 15 Sentyabr 2017 10:31 Oxunub 1560
Borca görə maşını əlindən alındı - AST Telmana daha bir şok
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb

“Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın 2 milyon dəyərindəki Rolls-Royce markalı avtomobili bir şirkət tərəfindən müsadirə edilib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb. Həmin avtomobildə otelin açılışı zamanı Monika Belluçu, Şakira, Paris Hilton kimi məşhurlar əyləşiblər. Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib. Şentepe həmçinin bildirib ki, “Mardan Palace”ın sahibi Türkiyə 1,5 milyard dollar sərmayə qoyub, qarşılığı bu olmamalı idi: “Maşını müsadirə edildi” başlığı ilə gündəmə gəlməməli idilər”.  Xatırladaq ki, ötən gün Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılova aid 12 ünvanda axtarış aparıblar.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh