Bakının tıxacı: “Bir məktəbli üçün 2-3 avtomobil gedir”

Gündəm 15 Sentyabr 2017 10:34 Oxunub 1820
Bakının tıxacı: “Bir məktəbli üçün 2-3 avtomobil gedir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sonra da deyirik bu tıxac nədən baş verir? Kimdir günahkar?

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur. Yeni tədris ilinin başlaması ilə Bakıda böyük tıxaclar müşahidə edilir. “BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev hazırda paytaxtda müşahidə edilən tıxacla bağlı Avtosfer.az-a fikirlərini bildirib: “Səhərdən monitorun qarşısında fikir verirəm avtobuslar təhsil müəssisələrinin, xüsusilə orta məktəblərin qarşısında ləngiyir. Çünki tıxaca düşür. Tıxacın əsas səbəbi nədir? Məktəbə gedən bir uşağın dalınca 2,3 avtomobil gəlir. Maşını məktəbin qarşısında, yəni yolun ortasında saxlayan valideyn, qohum-qardaş uşaq dərsə başlamayana qədər, müəllimlə hal-əhval tutmayana qədər getmir. Hələ məktəbin qarşısında, maşının yanında toplaşıb söhbət edən valideyinləri də hesaba qatsaq, onda problemin haradan qaynaqlandığını tapa bilərik”.

 

Onun sözlərinə görə, universitetə şəxsi avtomobili ilə gedənlər də ayrıca problem yaradır:

 

“Sonra da deyirik bu tıxac nədən baş verir? Kimdir günahkar? Hamı uşağını böyük avtomobili ilə məktəbə aparmaq və maşınını məktəbin qapısının ağzında park etmək istəyir. Budur pik vaxtının əsas problemi! Problemin həlli isə bir qurumdan yox hamımızdan asılıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh