Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun təmirinə başlanılıb - VİDEO

Yeniliklər 15 Sentyabr 2017 10:43 Oxunub 1604
Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun təmirinə başlanılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Bu yol Gürcüstana və geri yük və sərnişin daşımasını asanlaşdıracaq

Azərbaycanda Yevlax-Zaqatala-Gürcüstan  (M-5) ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yolun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmirinə start verilib. "Əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Hazırda sözügedən yolda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bundan başqa, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yol yatağı bərkidilir. Yol yatağının və zəruri olan yerlərdə yol əsasının tikintsinindən sonra, yolda asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə, yolun 300 min kv. m-dən çox sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək.

Layihə çərçivəsində yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri, suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların və 70 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub. Əsaslı təmir işləri tamami ilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq",- deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, əsaslı təmir olunan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 1007 min nəfər əhalinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. "Azəravtoyol"un mütəxəssisləri hesab edirlər ki, əsaslı təmir işləri yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstana həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh