Maşından qanunsuz siqaret və arağ aşkar edilərək götürülüb - FOTO

Gündəm 15 Sentyabr 2017 11:23 Oxunub 991
Maşından qanunsuz siqaret və arağ aşkar edilərək götürülüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Vito" markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Bəxtiyar Hüseynovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada siqaret və araqların olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan iki çantada və yük yerinin qapısının örtüyünün altında cəmi 37. 600 ədəd "Marlboro", "Davidof", "Parliament silver blue" və "Parliament aqua blue" markalı siqaretlər və 40 ədəd "Russkiy standart" adlı araq aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh