Mikroavtobus yük maşınına çırpıldı: ölən və xəsarət alanlar var - Kürdəmirdə

Qəzalar 15 Sentyabr 2017 11:47 Oxunub 1056
Mikroavtobus yük maşınına çırpıldı: ölən və xəsarət alanlar var - Kürdəmirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 3 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyev idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “KAMaz” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə B.Əliyevin sərnişinlərindən Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb, özü və digər 8 sərnişini isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh