DİN: Piyadanı vurub öldürən avtobus sürücüsü keçmiş məhkumdur

Qəzalar 15 Sentyabr 2017 12:34 Oxunub 761
DİN: Piyadanı vurub öldürən avtobus sürücüsü keçmiş məhkumdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini Hakim Saatov saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) 39 saylı avtobusun piyadanı vurub öldürməsi ilə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində “Daewoo” markalı avtobusla yolun kənarında dayanan Bakı şəhər sakini Günel Əsgərova vurulub. Xəstəxanaya yerləşdirilən G.Əsgərova orada ölüb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Hakim Saatov tutulub. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh