Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlu həbs edildi - Qəzaya görə

Gündəm 15 Sentyabr 2017 14:39 Oxunub 1140
Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlu həbs edildi - Qəzaya görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arif Rəhimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilibAvtosfer.az xəbər verir ki, bu barədə APA-ya Səbail Rayon Məhkəməsindən bildirilibMəlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə “Subarumarkalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyiSubarumarkalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsusToyota Pradomarkalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyiOpelmarkalı avtomobilə çırpılıb. F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və  1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh