AzTV-nin maşını taksi oldu? - FOTOFAKT

Avtosfer Foto 15 Sentyabr 2017 15:48 Oxunub 3285
AzTV-nin maşını taksi oldu? - FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət televiziyasının xidməti maşını, yoxsa taksi xidməti?

Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə diqqəti üzərinə çəkib. Taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı "Opel Astra" markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Televiziyasının "loqo"sunu yapışdırıb. Bu isə əməkdaşımızın gözündən yayınmayıb. Məsələ ilə bağlı big.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bunu qanunsuz əməl adlandırıb: "Bu sadəcə olaraq biabırçılıqdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə fərqlənmə nişanı və taksi işarəsi kifayət edir. Hansısa loqodan istifadə etmək qanunsuzluqdur. Bunun cəriməsi yoxdur. Həmin şəxsi ancaq həmin taksi xidməti daxili qaydalara uyğun şəkildə cəzalandıra bilər. Çünki əlavə lövhədən istifadə edir, amma görünür sürücü bunu polisdən yaxa qurtarmaq üçün edib. Həmin şəxsin cəzalandırılması yalnız televiziya rəhbərliyinin hüquq mühafizə orqanlarına şikayəti əsasında mümkündür". 

Sözügedən taksi şirkətinin operatoru belə dövlət nömrə nişanlı avtomobilin həmin şirkətlə əlaqəsi olmadığını bildirsə də şirkət rəsmisi Bədir Balaxanov həmin şəxsin taksi sürücüsü kimi şirkətə müraciət etdiyini bildirib: "Həmin şəxs bizə taksi sürücüsü kimi müraciət edib. Onun televiziya əməkdaşı olubpolmaması araşdırılacaq. Əgər qanunsuz şəkildə televiziyanın adından sui-istifadə edirsə o dərhal bizim şirkətlə əməkdaşlıqdan uzaqlaşdırılacaq".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh