XİN: Londondakı terror aktında Azərbaycan vətəndaşları xəsarət almayıb

Gündəm 15 Sentyabr 2017 16:01 Oxunub 723
XİN: Londondakı terror aktında Azərbaycan vətəndaşları xəsarət almayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hikmət Hacıyev: Azərbaycan səfirliyi Böyük Britaniyanın müvafiq dövlət orqanları ilə təmasdadır

"İlkin məlumatlara əsasən, Londonun metrosunda törədilən terror aktı zamanı xəsarət alanlar sırasında Azərbaycan vətəndaşları yoxdur". Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi deyib ki, Azərbaycan səfirliyi xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını dəqiqləşdirmək üçün Böyük Britaniyanın müvafiq dövlət orqanları ilə təmasdadır. H.Hacıyev bildirib ki, əlavə məlumat olduğu zaman bu barədə ictimaiyyətə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh