Biləsuvarda yol qəzası; xəsarət alan var

Qəzalar 15 Sentyabr 2017 22:36 Oxunub 809
Biləsuvarda yol qəzası; xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobili ilə motosiklet toqquşub

Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, minik avtomobili ilə motosiklet toqquşub. Bu zaman motosikletin sürücüsü, Xırmandalı kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Gülağa oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, R.Abdullayevin atası G.Abdullayev əvvələr Dövlət Yol Polisinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh