Azərbaycanda avtomobil benzini istehsalı 7 faiz artıb

Gündəm 15 Sentyabr 2017 22:40 Oxunub 845
Azərbaycanda avtomobil benzini istehsalı 7 faiz artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il sentyabrın 1-nə ölkədə 11 min ton avtomobil benzini ehtiyatı olub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 748,9 mln. manat olub. “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehsalın dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,9% azalıb. Hesabat dövründə 783,8 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründən 7% artıqdır. Bu il sentyabrın 1-nə 11 min ton avtomobil benzini ehtiyatı olub.

İlin səkkiz ayı ərzində 124,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 22,8 min ton sürtkü yağları, 130,8 min ton neft bitumu, 137,2 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 3,8%, sürtkü yağlarının istehsalında 3 dəfə, neft bitumunun istehsalında 16%, neft koksunun istehsalında 13% artım qeydə alınıb. Hesabat dövründə 392,5 min ton ağ neft, 1 215,9 min ton dizel yanacağı, 252 min ton yanacaq mazutu istehsal edilib.

Ağ neftin istehsalı 5,9%, yanacaq mazutunun istehsalı 39,5%, dizel yanacağının istehsalı 18,5% azalıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh