Adam öldürən qadın sürücü sərhəddən çamadanın içində qaçmağa çalışdı - VİDEO

Avtosfer TV 15 Sentyabr 2017 23:05 Oxunub 4752
Adam öldürən qadın sürücü sərhəddən çamadanın içində qaçmağa çalışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
42 gündür polislərdən gizlən qadın bu yolla Gürcüstana qaçmağa cəhd edib

Türkiyənin Artvin rayonunun Hopa qəsəbəsindəki sərhəd-keçid məntəqəsindən Gürcüstana qeyri-qanuni keçmək istəyən rus qadın saxlanılıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı Gürcüstan vətəndaşı D.S-nin daşıdığı çamadan polislərin diqqətini çəkib. Özünü şübhəli aparan həmin şəxs dayandırılıb və çantası yoxlanılıb. Çamadandan 27 yaşlı Rusiya vətəndaşı Ancelina Samuşenko çıxıb.

O, Antalya şəhərində 1 nəfərin ölümünə səbəb olan yol qəzasını törətdiyi üçün axtarışda olub. 42 gündür polislərdən gizlən qadın bu yolla Gürcüstana qaçmağa cəhd edib.

Qeyd edək ki, D.S Gürcüstana deportasiya edilib. A.Samuşenko isə saxlanılaraq polis bölməsinə aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh