Bakıda avtobus sürücülərinin özbaşınalığı bitmir - VİDEO

Xəbərlər 15 Sentyabr 2017 23:20 Oxunub 1557
Bakıda avtobus sürücülərinin özbaşınalığı bitmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dəfə sürücü sərnişinləri yarı yolda qoydu

Avtobus sürücüsü sərnişinlərə kobud cavab verərək onları deyilən ünvana aparamayacığını bildirir. Nəticədə sürücü ilə sərnişinlər arasında mübahisə yaranır. Görünütləri isə elə sərnişinlərdən biri qeydə alaraq Avtosfer.az-ın votsap nömrəsinə göndərib. Hadisə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində 185 saylı marşurt avtobusunda baş verib. Sərnişinlər sürücüyə bildirirlər ki, onları təyin olunan marşurt xətti üzrə aparsın. Ancaq, sürücü buna etiraz edərək xəttə çıxmayacağını bildirir.

Məsələ ilə bağlı 185 saylı marşurt avtobusunun sürücüsü Telman Məmmədovla görüşüb bunun səbəbini soruşduq. O iddia edir ki, həmin vaxt xəttə çıxmazdan əvvəl yanacaqdoldurma məntəqəsinə girib. Bu zaman isə 4 sərnişin avtobusa əyləşərək onları Pirşağı qəsəbəsinə aparmağını bildirib.

185 saylı marşurt avtobusunun sahibkarı Qurbanəli İsmayılov da bu məsələdə sürücünün günakar olmadığını və ona heç bir cəza verilməyəcəyini bildiridi. Ancaq görüntülərə diqqət etdikdə aydın bilinir ki,sürücü ilə sərnişinlər arasında yaranan mübahisə sürücünün idda elədiyi kimi yanacaqdoldurma mətəqəsində yox yolun hərəkət hissəsinin kənarında baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh