“İnfiniti” ər-arvadı vurub öldürdü - DƏHŞƏTLİ QƏZA - VİDEO

Qaydalar 15 Sentyabr 2017 23:30 Oxunub 1777
“İnfiniti” ər-arvadı vurub öldürdü - DƏHŞƏTLİ QƏZA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar yaxın qohumun toyundan çıxıb evə qayıdırmışlar

Ötən gecə Hacıqabul rayonunda avtomobilin ər-arvadı vurub öldürməsi hadisəsinin təfərrüatı məlum olub. Avtosfer.az xəbər verir ki, "İnfiniti” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı Bakıda yaşayırmış. Onlar Hacıqabula İmran Ağayevin qardaşının övladının toy məclisinə gediblər. Toydan sonra ər və arvadı Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsindəki körpüyə gəliblər. Burada onlar taksi tutaraq Bakıya qayıtmaq istəyiblər. Lakin dayanacağa getmək üçün yolu keçməyə çalışan şəxslər Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi "İnfiniti”nin altında qalıblar. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisədən bir qədər sonra İ.Ağayevin toy keçirilmiş qardaşının evinə bu barədə xəbər verilib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh