Yol polisi rayon maşınlarının Bakıya girişinin qarşısını belə alır - VİDEO

Yol polisi 15 Sentyabr 2017 23:39 Oxunub 9658
Yol polisi rayon maşınlarının Bakıya girişinin qarşısını belə alır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ürfət Şükürov: "Həmin avtomobillərin Bakıya daxil olmasına nəzarət gücləndirilib"

Yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda sıxlığın qarşısını almaq üçün, paytaxtın şimal və cənub girişlərində yol polis postları qurularaq Bakı qeydiyyatı olmayan avtomobillərinin girişinə icazə verilmir. Artıq yol polisləri avtomobillərin dövlət nömrə nişanına baxaraq şəhərə buraxırlar. 10, 90 və 99-olmayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyyə edilərək geri qaytarılır.

Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, daha dəqiqi ''Xırdalan'' dairəsi yaxınlığınd lentə alınıb. Sözügedən ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınmasıdır.

Baş Dövlət Yol Polisi İdrəsinin Yol-Patrul Xidməti Alayının tağım komandiri, polis mayoru Ürfət Şükürov rayondan gələn sürücülərə avtobuslardan və yaxud da qatardan istifadə etməyi tövsiyyə edir. Lakin bəzi sürüclərin bu məhdudiyyətlərdən hələ də xəbərsiz olduğu məlum olub.

Tətbiq edilən məhdudiyyət müddəti hər il may ayının 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dəkdir.

Ürfət Şükürov deyir ki, əgər hansısa sürücü axşamdan şəhərə daxil olub səhər saatlarında da paytaxtda hərəkətdə olarsa onun avtomobili yol polisi tərəfindən şəhərdən çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh