Bakıda sürücülər eyni vaxtda qaydalara tam əməl etdi – İnanılmaz VİDEO

Yazarlar 18 Sentyabr 2017 12:15 Oxunub 5696
Bakıda sürücülər eyni vaxtda qaydalara tam əməl etdi – İnanılmaz VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxac zamanı sürücülər yanğınsöndürən avtomobilə rahatlıqla yol veriblər

Azərbaycanda yol hərəkəti təhlükəsizliyi sahəsində aparılan təbliğat işləri az da olsa öz müsbət təsirini göstərməkdədir. Avtosfer.az-a oxucuların göndərdiyi videoda baş verənlər də bunu təsdiq edir. Belə ki, sentyabrın 15-də, saat 19:00 radələrində Bakının Nobel prospektində tıxac zamanı sayrışan işıq və xüsusi səs siqnalını qoşan FHN-ə aid yanğınsöndürən avtomobili üzü Zığ istiqamətində hərəkətdə olan vaxtı bütün sürücülər sağa çəkilərək həmin opertiv nəqliyyat vasitəsinə yol veriblər. Sürücülərin qanunun tələbini bir nəfər kimi yerinə yetirməsi nəticəsində yanğınsöndürən avtomobil normal sürətlə hərəkəti davam etdirə bilib.

Sürücülərin bu cür reaksiyası KİV-də aparılan təbliğat işlərinin müsbət nəticəsindən xəbər verir. Hamıya məlumdur ki, əvvəllər operativ nəqliyyat vasitələri hərəkət edən zaman onlara heç kim yol vermirdi. Lakin təbliğat işlərinin nəticəsində həm sürücülər, həm də piyadalar tədricən yol hərəkəti qaydalarına riayət etməyi öyrənirlər.

Bu videoda hər şey mükəmməl görünsə də, yanğınsöndürən avtomobilinin arxasınca gedən sürücülər sadəcə, öz mədəniyyətsizlikləri ilə ürək bulandırırlar.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh