Bakıda AA 818 qayda pozdu, balaca yol polisi şəklini çəkdi - FOTO

Avtosfer Foto 16 Sentyabr 2017 10:19 Oxunub 10090
Bakıda AA 818 qayda pozdu, balaca yol polisi şəklini çəkdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaq böyüyə irad tutub, o da “get öz işinlə məşğul ol” deyib

Balaca yol polisi Rəsul Şahverənli 46 sayli məktəbdənkənar tərbiyə işi mərkəzinin yetirməsidir. O, dərsdən sonra burada yol hərəkəti qaydalarını öyrənir. Öyrənməklə yanaşı, bu qaydaları öz həmyaşıdlarına, hətta böyüklərə də öyrədir. Lakin bəzən o, elə vəziyyətlə üzləşir ki, bundan çox sarsılır. Qayda pozan böyüklərə irad tutan Rəsul onlardan kobud cavablar alır. Buna görə də, artıq o, həmin böyüklərə irad tutmur, sadəcə, onların qayda pozuntularının şəklini çəkib Avtosfer.az-a göndərir. Bununla da, gələcəkdə yol polisi olmaq arzusunda olan Rəsul indidən sürücüləri nizam-intimzama dəvət edir.

Onun göndərdiyi şəkillərdən biri “Mercedes” markalı, 90-AA-818 dövlət nömrə nişanlı avtomobillə bağlıdır. Rəsul yazır ki, həmin avtomobilin sürücüsü maşını Rəşid Behbudov küçəsində - Azərbaycan Dillər Universitetinin yanında piyada keçidinin üzərində park edib. Bundan əlavə, o, maşını yol ayrıcında saxlayıb və bununla da digər hərəkət iştirakçılarına mane olur.

Rəsul yazır: “Kim ki, maşını piyada keçidinin üstündə saxlayır, onlara şikayət edirəm. Nömrəsi 90-FU-817 olan “BMW” markalı avtomobilin sürücüsünə dedim ki, keçidin üstündə maşın saxlamasın. Amma o, mənə əsəbləşdi. Dedi ki, get öz işinlə məşğul ol. Mən də dedim ki, buradan piyada keçir və çıxıb getdi”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh