Polis metroda əlində bıçaq olan şəxsi saxlayıb

Gündəm 16 Sentyabr 2017 10:20 Oxunub 817
Polis metroda əlində bıçaq olan şəxsi saxlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxs silah gəzdirdiyinə və narkotik saxladığına görə həbs edilib

Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları "Acton Town" metrostansiyasının bağlanmasına səbəb olan əli bıçaqlı şəxsi saxlayıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polis özünün "Twitter"ində məlumat yayıb. "Polislər Deyv və Çim metroda əlində bıçaq olan şəxsi saxlayıblar. Onun əlində özünümüdafiə üçün bıçaq olub", - deyə foto ilə paylaşılmış xəbərdə bildirilir. "Daily Express" qəzetinin məlumatına görə, həmin şəxs silah gəzdirməkdə və narkotik saxlamaqda şübhəli bilinərək həbs edilib. Hadisə yeraltı "Parson Green" stansiyasında törədilmiş partlayışdan bir neçə saat sonra baş verib. Qeyd edək ki, London polisi terror əleyhinə bölmənin araşdırdığı hadisəni terror aktı adlandırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh