Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Avtoxəbər 16 Sentyabr 2017 13:54 Oxunub 1101
Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin ilk 8 ayında ölkədə cəmi 30 ədəd minik avtomobili istehsal olunub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobil istehsal olunub. Avtosfer.az  DSKomitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü 74,8% azdır. Son 1 ildə yük avtomobillərinin istehsalı isə 98,9% azalaraq 4 ədədə düşüb. Hesabat dövründə ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalının ümumi dəyəri isə  169,4 mln. manat təşkil edib. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb. Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, ştanqlı quyu nasoslarının istehsalı 11,2%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh