Bakıda polisdən qaçan gənci avtomobil vurdu – FOTO

Gündəm 16 Sentyabr 2017 17:42 Oxunub 1565
Bakıda polisdən qaçan gənci avtomobil vurdu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir

Bakıda oğurluqda şübhəli bilinən gənc polisdən qaçan zaman avtomobillə vurulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğurlamağa cəhd göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın cəhdinin qarşısını alıb. O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs polisdən qaçmağa çalışıb. Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o, Nərimanov Rayon Polis İdarəısinin əməkdaşları tərəfindən saxlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

xalid 16 Sentyabr 2017 20:26
Xahiş edirəm saytın 1-2 il əvvəlki formatın qaytarın.Odaha baxımlı idi.
xalid 16 Sentyabr 2017 20:24
Şəhər daxilində sürət 60km.saatdan artıq olmur.Mən başa düşmürəm bu sürətdə kəmər taxmaq kimə lazımdır.