Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb

Avtoxəbər 16 Sentyabr 2017 17:47 Oxunub 921
Azərbaycanda minik avtomobilləri illik müqayisədə 10%-yaxın bahalaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aylıq qiymət artımı isə 0,5% təşkil edib

Bu ilin avqust ayında Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, illik müqayisədə isə maşınlar 9,7% bahalaşıb. Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh