Qazaxda özünü körpüdən atan qadının kimliyi məlum olub - FOTO

Gündəm 16 Sentyabr 2017 17:52 Oxunub 1248
Qazaxda özünü körpüdən atan qadının kimliyi məlum olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər

Qazax rayonunda intihar məqsədi ilə özünü körpüdən atan qadının kimliyi məlum olub. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən qadın rayonun SU-15 qəsəbəsi sakini, 37 yaşlı Yusibova Nəsibə Cavanşir qızıdır. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. N.Yusibovanın özünü körpüdən atmasının səbəbi hələlik məlum deyil.

*** 15:42

 

Qazax rayonunda qadın özünü körpüdən atıb. Hadisə rayonun "Dəmiryolu körpüsü" adlanan ərazisində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Təxminən 20-25 yaşlı qadının intihar etmək məqsədi ilə özünü körpüdən atdığı bildirilib. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alaraq Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun huşu özündə olmadığına görə kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh