Ərinin maşını ilə qəza törətdi, qorxudan intihar etdi - FOTOLAR

Avtoxəbər 16 Sentyabr 2017 23:45 Oxunub 4807
Ərinin maşını ilə qəza törətdi, qorxudan intihar etdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 yaşlı Anastasiya “VAZ-2106” markalı avtomobillə gəzintiyə çıxıbmış

Rusiyanın Novoçerkassk şəhərində qandonduran hadisə baş verib. “Qafqazinfo”nun “Mirror” nəşrinə istinadən verdiyi məlumata görə,1 uşaq anası olan 20 yaşlı Anastasiya Lisukho həyat yoldaşının iş səyahətində olduğundan istifadə edərək onun “VAZ-2106” markalı avtomobili ilə gəzintiyə çıxıb. O, bir neçə dəqiqə sonra sükan arxasında idarəetməni itirərək 3 avtomobillə toquşub. Qəza ona 9 min avro ziyanla baha-başa gəlib. Qeyd olunur ki, əri Anastasiyanın sürücülük qabiliyyəti çox zəif olduğundan ona heç vaxt sükan arxasında əyləşməyə icazə vermirmiş. Buna görə qorxan qadın maşını qəzanın baş verdiyi yerdə qoyaraq evinə qaçıb və intihar edib. Onun meyitini əri aşkarlaylıb. Gənc ana canına qəsd etməzdən öncə yazdığı məktubda həyat yoldaşının qorxusundan intihar etdiyini qeyd edib. 

 





ŞƏRH YAZ
Ad

E-mail

Şərh