Dörd nəfərin öldüyü dəhşətli qəzalardan VİDEO

Qaydalar 17 Sentyabr 2017 00:03 Oxunub 1903
Dörd nəfərin öldüyü dəhşətli qəzalardan VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır qəzalar yenə can aldı - 4 nəfər ölüb, çox sayda yaralı var

Minik avtomobilinin mikroavtobusla toqquşması 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, ağır qəza Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhərindən keçən hissəsində baş verib. Rayonun Qalıncaq kənd sakini, 29 yaşlı Ehtiram Abdullayevin idarə etdiyi minik avtomobili qarşıdan gələn sərnişin mikroavtobusu ilə toqquşub. İsmayıllı sakinləri- 24 yaşlı Qərib Allahverdiyev və 17 yaşlı Qalib İsmayılov aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər. 5 nəfər isə müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağırdır.

Kürdəmirdə isə minik avtomobilinin beton maneəyə çırpılması 2 azyaşlı qardaşın ölümü ilə nəticələnib. Ağır qəza Bakı - Qazax magistralının Kürdəmirdən keçən hissəsində baş verib. Paytaxtın Qaradağ rayon sakini Elmin Hüseynov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın beton maneəyə çırpılıb. Sürücünün oğulları - 6 yaşlı Ucal Hüseynov və 4 yaşlı Firdovsi Hüseynov, eləcə də avtomobildə olan digər sərnişin, 6 yaşlı Alsu Fərzəliyeva müxtəlif bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinələr zamanı Ucal və Firdovsi qardaşlarının öldüyü məlum olub.

Paytaxtın Nizami rayonunda baş verən qəzada isə bir neçə nəfər xəsarət alıb. Hadisə Babək prospektində olub. Belə ki, 22 saylı xəttdə hərəkət edən sərnişin avtobusuna arxadan gələn yük maşını çırpılıb. qəza zamanı avtobus yolun hərəkət hissəsindən çıxaraq kənardakı ağaca çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı bir neçə sərnişin xəsarət alıb. Onlar da hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Hadisədən sonra 22 saylı avtobusun sürücüsü qaçıb.

Yol polisi hadisə yerindən hər iki nəqliyyat vasitəsini cərimə meydançasına aparıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh