Uşaqları ilə birlikdə dünya səyahətinə çıxan fransalı ailələr Cəlilabadda - VİDEO

Maraqlı 17 Sentyabr 2017 08:06 Oxunub 1159
Uşaqları ilə birlikdə dünya səyahətinə çıxan fransalı ailələr Cəlilabadda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlarla birlikdə səyahət etmək onun çoxdankı arzusu olub

Üç azyaşlı uşaqla birlikdə dünya səyahətinə çıxan fransalı ailələr Cəlilabada çatıblar. Avtosfer.az xəbər verir ki, əslən Faransadan olan 2 ailə 5 ay öncə velosipedlə səfərə çıxıblar. Azyaşlıların valideyni Keriv Vokey deyir ki, uşaqlarla birlikdə səyahət etmək onun çoxdankı arzusu olub. Uşaqlara görə onlar daha ləng hərəkət etməli olurlar. Orta hesabla gün ərzində 50 km. yol gedirlər. Bu da onların yerli sakinlər və ölkələrlə daha da yaxından tanış olmasına şərait yaradır.

Uşaqların ən kiçiyinin 1, digərinin 3, böyüyünün isə 5 yaşı var. Pula qənaət etmək üçün isə hər iki ailə yol kənarında çadırda gecələyirlər.

Əcnəbi turistlər Azərbaycandan sonra İran, oradan da gəmi ilə Omana və Cənub-Şərqi Asiya ölkələrinə səfər etməyi planlaşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh