Avtomobilin qarşısını kəsib sürücünü bıçaqladılar

Gündəm 17 Sentyabr 2017 08:41 Oxunub 783
Avtomobilin qarşısını kəsib sürücünü bıçaqladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb

Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb. Avtosfer.az "Report"a istinadən məlumatına görə, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb. Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh